Dağınıq skleroz mərkəzi sinir sisteminin demielinizasiya (yəni sinirlərimizi izolə edən və qoruyan mielin təbəqəsinin dağılması) ilə gedən autoimmun xəstəliyidir.

Adətən 20-50 yaş arası görülə bilər. Yaşa dolduğca bu risk azalır. Qadınlarda kişilərə nisbətən daha çox rastlanır.
Yaranma səbəbi tam olaraq bəlli deyil. Ama teoriyalardan bir neçəsini sadalayaq:
1. Vitamin D yetməzliyi
2. Siqaretin və duzun həddən artıq istifadəsi
3. İnfeksion xəstəliklər
4. Başqa immun xəstəliklər

Dağınız Skleroz-un 4 forması vardır:

1. Residiv-remitik forma: müalicəyə tabe olan simptomlarla ortaya çıxır və müalicə zamanı tamamən bütün simptomlar yox olur (ən çox rastladığımız formadır)
2. İkincili progressivləşən forma: müalicə olunsa belə,simptomlar tamamən çəkilmir və zamanla progressivləşir.
3. Birincili progressivləşən forma: remissiya dövrü olmadan bütün simptomlar irəliləyir.
4. Progressiv-remitik forma: simptomlar zamanla artır ara sıra remissiyaya uğrayaraq.

Simptomları:
• İkigörmə, görmənin zəifləməsi və ya itməsi
• Uyuşma üzdə, əllərdə, ayaqlarda
• Keyləşmə və ya sancma
• Errektil disfunksiya,impotensiya
• Başgicəllənmə
• Sidik qaçırma
• Tremor
• Danışıqda çətinlik
• İflic
• Depressiya

Dağınıq skleroza məruz qalan pasientlər qidalanmaqlarına fikir verməlidirlər. Qırmızı ətdən imtina eləməlidirlər. Daha çox balıq məhsulları istifadə etməlidirlər və paxlalılara üstünlük verməlidirlər.
Gündəlik havada olmalıdırlar və yürüyüş etməlidirlər.

DAĞINIQ SKLEROZ HƏRŞEYİN SONU DEYİL…PASİENT XƏSTƏLİYİNİ ANLASA,VƏ DÜZGÜN YANAŞSA BU XƏSTƏLİYİN ÖHTƏSİNDƏN GƏLMƏK OLAR…ÖZÜNÜZƏ GÜVƏNİN VƏ BACARACAĞINIZA ƏMİN OLUN!

Söhbətə başla
Sualınız var?
Salam, Sizə necə kömək edə bilərik?
Powered by