Rinoplastika əməliyyatı istənilən mövsümdə icra oluna bilər. Sadəcə hər mövsümə uyğun olaraq həkimin spesifik məsləhətlərinə əməl etmək lazımdır. Məsələn, yay aylarında günəşin altında gəzməməli, qışda isə özünü soyuqdan gözləməlidir. Ümumiyyətlə isə hansı dövrdə aparılmağından asılı olmayaraq əməliyyatdan sonrakı bir ay ərzində günəşdən qorunmalıdır. Çünki, günəş şüaları burun dərisində rəng fərqləri yarada bilər.
Rinoplastika əməliyyatı ilə nə kimi dəyişikliklər oluna bilər?
Bu əməliyyatla burunla əlaqəli istənilən cür narahatlıq və əyriliklər aradan qaldırılır. Burun ölçüləri böyüdülür və ya kiçildilir, burun üzə daha uyğun hala gətirilir, burun ucu (tip plasti) və ümumi forması dəyişdirilə bilər, geniş olan burun dəlikləri daraldılır və ya burun ilə üst dodaq arasındakı bucaq yenilənir, burnun üstündəki sümük çıxıntılar alınaraq buruna daha gözəl və estetik forma verilir. Rinoplastika əməliyyatı zamanı estetik forma ilə yanaşı hava yollarının açılması və ya bərpası, travma nəticəsində yaranan deviasyonlar aradan qaldırıla bilir.