Ümumi Cərrahiyyə
Hospitalımızın Cərrahiyyə şöbəsində laparoskopik və açıq üsulla bütün növ mürəkkəb cərrahi əməliyyatlar həyata keçirilir. Peşəkar həkimlərimiz tərəfindən qaraciyər, öd kisəsi və öd yollarının, mədəaltı vəzinin törəmələrinin, nazik və yoğun bağırsaqların patologiyaları, dalağın, qida borusu, mədədə, öd kisəsi və öd yollarında aparılan açıq və laparoskopik əməliyyatlar, yırtıqların laparoskopik təmiri, diaqnostik və terapevtik endoskopik müdaxilələr, mədəaltı vəzin tam və hissəvi çıxarılması, proktoloji əməliyyatlar, diafraqma yırtıqlarının laparoskopik təmiri və s. kimi əməliyyatları uğurla icra edilir.
Ümumi cərrahiyyə şöbəsində müalicə edilən xəstəliklər:Ümumi cərrahiyyə şöbəsində müalicə edilən xəstəliklər: • Qaraciyər, öd kisəsi, öd yolları və mədəaltı vəzin cərrahi xəstəlikləri• Qida borusu, mədə, nazik bağırsaqların cərrahi xəstəlikləri• Yoğun və düz bağırsaq xəstəlikləri• Yogun bağırsağın qeyri- spesifik iltihabi xəstəlikləri• Həzm sistemi orqanlarının xoş və bəd xassəli yeni törəmələri• Peritonarxası sahə və çanaq törəmələri• Anal bölgənin xəstəlikləri• Yırtıqlar• Qalxanabənzər vəzin xəstəlikləri• Virus hepatitləri
Ümumi cərrahiyyə şöbəsində həyata keçirilən cərrahi əməliyyatlar:
Ümumi cərrahiyyə şöbəsində həyata keçirilən cərrahi əməliyyatlar:
• Öd kisəsi və öd yollarında açıq və laparoskopik cərrahi əməliyyatlar (əməliyyatdaxili USM, öd yollarının vizual (xolangioskopiya) və rentgenolioji (xolangioqrafiya) kontrolu)
• Mədəaltı vəzin tam və hissəvi çıxarılması
• Dalağın açıq və laparoskopik yolla tam və ya hissəvi çıxarılması
• Mədənin, qida borusunun tam və hissəvi çıxarılması və stent qoyulması (tikiş apparatlarının istifadəsi ilə)
• Diafraqma yırtıqlarının laparoskopik təmiri
• Laparoskopik appendektomiya
• Diaqnostik laparoskopiya və torakoskopiya
• Nazik və yoğun bağırsaqlarda aparılan açıq və laparoskopik əməliyyatlar (tikiş apparatlarının istifadəsi ilə)
•İnvaziv endoskopik prosedurların aparılması
• Yırtıqların açıq və laparoskopik üsulla təmiri
• Abdominoplastika
• Peritonarxası sahənin kistoz törəmələrinin (o cümlədən təkrarlanan) radikal çıxarılması
• Qalxanabənzər vəzin tam və hissəvi çıxarılması
• Babasil düyünlərinə lateks həlqələrinin qoyulması
• Varikoz xəstəliyi, venaların lazer ablyasiyası
• Hemorroidektomiya, hemorroidin lazer ablyasiyası
• Pararektal fistulların ləğvi
• Anal çatın cərrahi müalicəsi• Rektoskopiya