Terapiya şöbəsi
Dr. Sevər Kazımova
Terapevt
1994-2000 ci illərdə ATU müalicə işi fakultəsində təhsil almışam
2000-2001-ci illərdə Qəbələ MRX – da terapiya ixtisası üzrə internatira keçmişəm
2002-2006 – cı illərdə Xaçmaz MRX da
2008 ci ildə (10 ay müddətində) Qəbələ MRX da calışmışam
2014 cü ildə Ə. Əliyev adına Həkimləri Təkmilləşdirmə institutunda sertifikasiya kursu keçmişəm
2019 – cu ildə Türkiyədə Ege Universiteti Tibb fakultəsi xəstəxanasının ana bilim dalı romotoloji bölümündə 2 aylıq kurs keçmişəm.
2019 cu ildən Real Hospitalda terapevt kimi çalışıram.
Kompleksin terapiya şöbəsi insanların sağlamlığını qorumaq, müxtəlif xəstəlikləri aşkar və müalicə etmək məqsədi ilə xidmət göstərir.
Hər zaman yüksək səviyyəli tibbi xidmət göstərməklə fərqlənən bizim ixtisaslı mütəxəssislərimiz böyük təcrübəyə malikdirlər, bu isə bizim Xəstəxanamızın başlıca üstünlüyüdür.
Terapiya şöbəsinin ambulator və stasionar bölmələri (həmçinin intensiv blok – ağır, reanimasiya tədbirlərinə ehtiyacı olan xəstələr üçün nəzərdə tutulub) sizin xidmətinizdədir.
Terapiya şöbəsində bütün müayinə və müalicə sahələri üzrə individual proqrama əsasən xidmətlər göstərilir, o cümlədən pulmonoloji, endokrinoloji, qastroentoroloji, nevroloji, nefroloji, revmatoloji, allerqoloji, dermatoloji və digər sahələr üzrə tibbi xidmətlər göstərilir.