Ümumi Cərrah
Dr.Samir Hacıbabayev
Təhsil
1999-cu ildə Azərbaycan Tibb Universitetinin I müalicə-profilaktika fakültəsini bitirmişdir. Ümumi cərrahiyyə və cərrahi onkologiya üzrə ixtisaslaşıb. Hərbi Tibb fakültəsində hərbi – səhra cərrahiyyəsi ixtisası üzrə təhsil alıb.
2006-2009-cu ildə Piroqov adına Moskva Milli Cərrahlıq Mərkəzində cərrahiyyə üzrə aspirantura keçib.
2010-cu ildə ABŞ-ın Klivlend Klinikasında “Qaraciyər, öd yolları, mədəaltı vəzi cərrahiyyəsi və Qaraciyər Nəqli” şöbəsində təcrübə keçib.
The Transplantation Society-nin üzvüdür.
İcra olunan əməliyyatlar
Qida borusu, mədə, qaraciyər, öd yolları, mədəaltı vəzi və digər qarın boşluğu orqanları üzərində planlı və təcili əməliyyatlar.
Əməliyyatdaxili endoskopiyanın, USM və rentgenoloji müayinənin tətbiqi.
Ən müasir avadanlıqlarla (Karl Storz, Covidien, Ethicon) radikal və geniş əməliyyatlar.
Təhlükəsiz əməliyyat və əməliyyat sonrakı dövr üçün müasir protokoların tətbiqi.