Dr. Səlim Əhədov 
Endokrinoloq & Dietoloq

– Azərbaycan Tibb Universiteninin müalicə işi fakultəsini bitirib. Həkimləri Təkmilləşdirmə İnstitutunda müxtəlif illərdə təkmilləşdirmə kursları keçib.
– Ankarada Atatürk adına Elmi-Tədqiqat xəstəxanasında medikal andrologiya üzrə kursda olub.
– Ankarada Dışkapı Elmi-Tədqiqat xəstəxanasının Endokrinologiya və Metabolizm bölməsində kurs keçib.
– AR-nın Endokrinologiya, Diabetologiya və terapevtik təlimat assosiasiyasının sertifikasiyalı kursunun iştirakçısı olmuşdur.
– Xarkov şəhərində Diplomdansonrakı təhsil üzrə Tibb Akademiyasında və Danilevski adina Endokrin Patologiyalar institutunun klinikasında endokrinologiya üzrə peşəkar ixtisaslaşma kursunu bitirmişdir.

● Müalicə etdiyi xəstəliklər:

– Qlükoza mübadiləsinin pozulması: 1 və 2-ci tip şəkərli diabet, hestasion diabet
– Qalxanabənzər vəzin disfunksiyası: tireotoksikoz, hipotireoz, kəskin və yarımkəskin tireoidit, endemik zob
– Böyrəküstü vəzilərin patologiyaları: böyrəküstü vəzinin kəskin və xroniki çatışmazlığı, İtsenko-Kuşinq xəstəliyi, adrenogenital sindrom
– Neyroendokrin vəzilərin xəstəlikləri: şəkərsiz diabet, prolaktinoma, panhipopituitarizm, akromeqaliya
– Cinsiyyət vəzilərinin patologiyaları: kişi və qadın sonsuzluğu, hirsutizm, ginekomastiya, aybaşı siklinik pozulması, klimakterik dəyişikliklər.

Söhbətə başla
Sualınız var?
Salam, Sizə necə kömək edə bilərik?
Powered by