Otorinolarinqologiya bölümündə qulaq, boğaz və burun xəstəliklərinin müayinə və müvafiq müalicələri aparılır. Lor-orqanların xəstəliklərinin diaqnostikasında endoskopiya, audiometriya, laborator və rentgen diaqnostikası və kompyuter tomoqrafiyasının bütün növləri kimi əsas metodlar təqdim edilir.

Yüksək səviyyədə ixtisaslaşmış peşəkar həkimlərimiz və ən yeni texnologiya avadanlıqları ilə otorinolarinqologiya (LOR) şöbəmizdə:

Qulaq Burun Boğaz şöbəsində müalicə edilən xəstəliklər:

-Eşitmə azlığı;

-Qulaq infeksiyaları;

-Baş gicəllənməsi;

-Qulaqda küy və xoşagəlməz səslər;

-Xroniki sinuzit;

-Burun allergiyaları;

-Rinitlər;

-Qoxu alma qüsurları;

-Burun ətrafı ciblərin xəstəlikləri;

-Xroniki tonzillit;

-Xroniki və kəskin faringitlər;

-Xroniki və kəskin laringitlər;

-Burun qanamaları;

-Burun tıxanıqlığı;

-Nazal polipozis

Qulaq Burun Boğaz şöbəsində həyata keçirilən cərrahi xidmətlər:

-Burun çəpəri əyriliyi;

-Burun balıqqulaqlarında aparılan əməliyyatlar;

-Tonzillektomiya;

-Adenoidektomiya;

-Xoruldama cərrahiyyəsi;

-Endoskopik sinuzit cərrahisi;

-Eşitmə azlığı;

-Qulaq iltihablarının mualicəsinə dair əməliyyatlar;

-Qırtlaq xəstəliklərində cərrahi müdaxilə (endoskopik mikrolarinqologi əməliyyatlar, səsin korreksiyası);

-Funksional və estetik burun əməliyyatları.

Dr. Cavidan Novruzov

İxtisas:
LOR
Vəzifə:
Həkim
İş günləri:
I, II, III, IV günlər saat 09:00 - 14:00