Nevralogiya şöbəsində xəstələrə həm təcili, həm də planlı tibbi xidmət göstərilir. Kəskin və xroniki beyin qan dövranı pozğunluqlarının, damar ensefalopatiyası, insult və radikulitlərdən sonrakı vəziyyətlərdə müalicəsi üçün Nevrologiya şöbəsi böyük təcrübə qazanmışdır. Şöbədə daima yeni effektiv müalicə üsulları və metodları geniş şəkildə tətbiq olunur.
Komfortlu şərait və yeni tibbi texnologiyalarla daim xəstələrə xidmət göstərməkdə davam edirik.

Epilepsiyanın bütün formalarının dəqiq diaqnostikası – EEQ və yuxu EEQ-si ilə aparılır.
1. Nevroloji ambulator xidmət.
2. Klinikada yatan nevroloji xəstələrin təqibi və müalicəsi.
3. Neyrofizioloji xidmət – Elektroensefaloqrafiya (EEQ, KT, MRT).
4. Bütün növ fizioterapevtik prosedurlar .
Nevrologiya şöbəsində müalicə olunan xəstəlikləri:
* Serebrovaskulyar xəstəliklər ( kəskin işemik insult, beyin qanamaları,vertebrobazilyar çatışmazlıq, beyin qan dövranının işemik tip pozğunluqları)
* Epilepsiya generalizə olunmuş və fokal tutmalar, epileptik status( uşaqlar və yeniyetmələrdə epilepsiya, epileptik paroksizmlər)
* Degenerativ xəstəliklər (Alzheimer, Pik, Vilson, vaskulyar mənşəli demensiyalar)
* Yan amiotrofik skleroz (ALS) və hərəkət pozğunluqları (Parkinson, distoniya, tik, essensial tremor, narahat ayaq sindromu, diskinezlər və s.)
* Baş ağrıları (Gərginlik, klaster, baş və ya boyun travması, qeyri-damar mənşəli patologiya, müxtəlif maddələrin istifadəsi və ya onların kəsilməsi, infeksiyalar, homeostaz pozulmaları, kəllə qapağı, boyun, gözlər, burun, sinuslar, dişlər, ağız və ya digər üz və kəllə hissələrinin patologiyası, psixi pozulmalar, temporal arterit nevrologiyalar ilə əlaqədar olan baş ağrıları).
* Neyropatiyalar (toksik, metabolik, Giyen-Barre sindromu, immun neyropatiyalar)
* Sinir-əzələ keçiriciliyi pozğunluqları (Miasteniya ,gravius)
* Başgicəllənmə (mərkəzi və periferik başgicəllənmə, pozisional, paroksizmal başgicəllənmə)
* Boyun və bel ağrılarının dəqiq diaqnozu və müasir müalicəsi
* Əzələ xəstəliklərinin (miopatiyalar) diaqnozu, müalicəsi və reabilitasiyası
* Yuxu pozğunluqları (insomniya, parasomniya, hipersomniya, yuxuda apnoe, narkolepsiya, katapleksiya)
* Tiklər, Enurez
* Hiperaktivlik, Diqqət zəifliyi sindromu
* Fərdi xidmət (Psixo analiz, Psixo terapiya)
* Xroniki yorğunluq sindromu
* Bütün növ Nevrozlar
* Reyno sindromu

Xidmətttttttttt

Dr. Leyla Şahbazova

İxtisas:
Nevroloq
İş günləri:
I, II, III, IV,V,Vl günlər saat 09:00 - 17:00

Dr. Təranə Quliyeva

İxtisas:
Pediatr-nevroloq
Vəzifə:
Həkim
İş günləri:
I, II, III, IV, V, Vl günlər saat 09:00 - 17:00

Dr. Aytən Sadıxova

İxtisas:
Pediatr-nevropatoloq
Vəzifə:
Həkim
İş günləri:
I, II, III, IV, V, Vl günlər saat 09:00 - 17:00