Dr. Leyla Şahbazova
Nevroloq və EEG mütəxəssisi

✔️2002 – 2008ci illərdə N.Nərimanov adına Azərbaycan Tibb Universiteti, müalicə – profilaktika fakultəsində təhsil alıb
✔️2008 – 2009-cu ildə Respublika Neyrocərrahiyyə xəstəxanasında Həkim İnterna vəzifəsində çalışmışdır və Nevroloq kimi ixtisaslaşmışdır
✔️2009 – 2011ci illərdə Modern Hospitalda Həkim Nevroloq və ENMG mütəxəssisi vəzifəsində çalışmışdır
✔️2011 – 2016cı illərdə Protez Ortopedik Bərpa mərkəzində Həkim Nevroloq və EEG mütəxəssisi vəzifəsində çalışmışdır
✔️2016-cı ildən Real Hospitalda Nevroloq və EEG mütəxəssisi vəzifəsində çalışır
✔️2011-ci ildə Ə.Əliyev adına Həkimləri Təkmilləşdirmə institutunda EEG və ENMG üzrə kurs keçmişdir
✔️2012-ci ildə Türkiyənin İstanbul şəhəri, Özəl Ethica İncirli xəstəxanasında EEG və ENMG üzrə kurs keçmişdir
✔️2017 – ci il Türkiyənin İstanbul şəhəri, İstanbul Tibb Universiteti , Çapa Tibb fakultəsi xəstəxanasında Nevrologiya üzrə ixtisaslaşmışdır
✔️2018-ci ildə Həkimlərin sertifikasiya imtahanından yüksək göstərici ilə keçmişdir
✔️2018-ci il Türkiyənin İzmir şəhəri, EGE Universiteti Xəstəxanasında Demielizan xəstəliklər üzrə ixtisaslaşmışdır
✔️2018 – ci il Ə.Əliyev adına Həkimləri Təkmilləşdirmə İnstitutunda Nevrologiyada müayinə üsulları, doppler müayinəsi üzrə kurs keçmişdir
✔️2019-cu il Türkiyənin İzmir şəhəri, EGE Universiteti Xəstəxanasında Nevrologiyada reanimasyon tədbirlər üzrə staj keçmişdir
✔️2022-ci ildə Ə.Əliyev adına Həkimləri Təkmilləşdirmə İnstitutunda Sinir xəstəlikləri üzrə kurs keçmişdir
✔️Ölkədaxili və ölkəxarici müxtəlif konfrans və seminarların iştirakçısıdır.

Bütün növ nevroloji xəstəliklərin diaqnostika və müalicəsi.
Müalicə etdiyimiz xəstəliklər:
• Dağınıq skleroz
• Parkinson
• Alzhaimer
• Baş ağrıları (migren, gərginlik tip, nummular, klaster və s.)
• Miasteniya Gravis
• Polineyropatiyalar
• İnsult
• Epilepsiya
• Üçlü sinir nevralgiyası
• Üz siniri nevriti
• Tunnel sindromlar
• Distoniyalar
• İnsult

Söhbətə başla
Sualınız var?
Salam, Sizə necə kömək edə bilərik?
Powered by