Kosmetologiya

KOSMETOLOGİYA

Kosmetologiya — insan orqanizminin estetik problemləri, onların səbəbləri, simptomları və korreksiya metodları ilə məşğul olan bir sahədir.

Kosmetologiya şöbəmizdə icra olunan prosedurlar:

Mezoterapiya, Biorevitalizasiya, Bioarmirovaniye, Kontur plastikası, Mezosaplar
Kimyevi pilinq, Üz massajı, Çistka, Cihaz kosmetologiyasi, Elektrokoagulyasiya
Capiq, yaniq izlərinin itirilməsi, Radiodalga liftinqi
Ultrasəs təmizləmə, Lazer biorevitalizasiyası,

Müalicə
Piqmentasiya mualicəsi, Akne mualicəsi, Aknesonrası mualicə, Çapıqların(keloid, hipertrofik) müalicesi.

Dərinin kosmetoloji maddələrlə təmizlənməsi, qidalandırılması,nəmləndirilməsi ;

Müxtəlif massajlar ;

Kimyəvi pilinq
Bir və ya daha çox kimyəvi soyucu maddənin dəriyə tətbiq olunması zamanı dəridə soyulma baş verməsi prosesi kimyəvi pilinq adlanır. Soyulma prosesindən sonra dəri sağalır və yenilənir.

Kimyəvi pilinqin nəticələri əsasən bunlardı: ləkələrin aradan qaldırılması, qırışların yox edilməsi, yara və sızanaq izlərinin itirilməsi, lazer proseduralarının effektivliyinin artması, daha parlaq və gənc dəri, qidalandırıcı və nəmləndirici serumların, kremlərin və maskaların daha dərin qatlara çatmasına imkan yaradır.

 

 

Mezoterapiya

Mezoterapiya — vitaminlər, mikroelementlər, aminoturşular, dərman preparatları və qarışımların (kokteyllərin) intradermal və ya subkutan ( dəri içinə və altına) inyeksiya metodudur. Mezoterapiya dərinin daha canlı və təravətli olmasına səbəb olur.

Mezoterapiyanın nəticələri: üz, boyun, sinə və digər nahiyələrdə dərinin gəncləşməsi, nəmlənməsi və qidalanması, antioksidant effekti, iltihabın qarşısının alınması, dəridə qan dövranının və mübadilə proseslərinin aktivləşməsi, saç tökülməsinin müalicəsi, saçların sıxlığının bərpası, sellülitin və dəri dartılmalarının müalicəsi, lokal yağların əridilməsi (lipoliz), ləkələrin müalicəsi, yara və sızanaq izlərinin müalicəsi və aradan qaldırılması, göz ətrafı göyərmə və qırışlarla mübarizədə effektiv bir vasitədir.

Trombositlərlə zəngin plazma
PRP terapiyası – şəxsdən götürülən qanı xüsusi proseslərdən keçirdikdən sonra, əldə edilən trombositlər, böyümə faktorları, sitokinlər və digər aktiv komponentlərlə zəngin plazmanın inyeksiya edilməsidir. PRP terapiyası dermatologiyada, ortopediyada, cərrahiyyədə və digər sahələrdə istifadə olunur.
PRP terapiyasının təsirləri: yara sağalmasının tezləşdirilməsi; kollagen, elastin və hialuron turşusunun sintezinin artması, toxumaların bərpası və gəncləşməsi; yeni və sağlam damarların yaranması; toxumaların qidalanması və canlılıq qazanması; yaşlanmanın qarşısını alınması; piqmentasiyalara qarşı mübarizə; gözətrafı problemlərin aradan qaldrılması; dəri dartılmalarının müalicəsi; dərinin hamar və sağlam görünüş qazanması.

Botoks
Botoks inyeksiyaları mimik əzələlərin aktivliyini azaldaraq alın, qaşların arası, göz və ağız ətrafı, üzün alt qismi və boyunun hiperdinamik qırışlarının aradan qaldırılmasında effektiv bir vasitədir. Botoks, tez-tez tərləyən insanlarda tərləməni mükəmməl bir şəkildə azaldaraq normal həyat tərzi davam etməyə imkan verir.
Botoks inyeksiyalarının nəticələri: qırışlar açılır, üz silueti arzu edilən şəkildə olur, daha gənc və gözəl görünür, qaşların və burun ucunun qalxmasına imkan yaradır, tərləmənin qarşısı alınır (üz, qoltuqaltı, əl içi, ayaqaltı və bədənin digər nahiyələrində).

Dolğu inyeksiyaları
Botoks inyeksiyalarından əlavə, dolğu inyeksiyaları arzularına çatmaqda xanımlara dəstək olur. Bu metod, cərrahi metodlarla müqayisədə daha sərfəli və təhlükəsiz, əks təsirləri az olan və sosial həyatdan uzaq qalmağı tələb etməyən bir metoddur.
Dolğu inyeksiyalarının nəticələri: qırışların aradan qaldırılması; dodaqlara ideal forma, canlılıq və təbii dolğunluğun verilməsi; burun formasının düzəldilməsi; üz siluetinin mükəmməlləşdirilməsi (yanaqlar, almacıqlar və s.); təbii kollagen və elastin sintezinin aktivləşdirilməsi; dərinin nəm balansının bərpası və uzun müddət qorunması.

3D Mezosap liftinqi
Liftinq metodu (sap liftinqi) — dəri yaşlanmasına qarşı istifadə olunan bu metod dərinin keyfiyyətini yaxşılaşdırmağa, cavanlaşdırmağa, qravitasiya ptozuna qarşı bir vasitədir. Xüsusi metodlarla hazırlanmış saplar dəri altına yerləşdirilməklə dəri sallanmalarını aradan qaldırır.
Liftinq metodunun nəticələri: gənc və düzgün üz konturları yenidən qurulur, qravitasiya ptozunun qarşısı alınır, qırışlar açılır, üz, boyun və sinə nahiyəsində dəri açılır və hamarlaşır, ağardıcı təsir göstərir, bədən konturlarının bərpasına imkan yaradır (qollarda, ayaqlarda, qarın nahiyəsində və digər nahiyələrdə dəri sallanmalarını aradan qaldırır), striyaları (dəri dartılmalarını) müalicə edir.

Vektor liftinqi
Vektor liftinqi- hialuron turşusu bazında fillerlərin dərinin alt nahiyəsinə xüsusi metod və sxemlərlə yeridilməsidir. Vektor liftinqi nəticəsində dəridə sallanma və qırışmanın qarşısını alan bir tor «hörülür». Bu prosedur üz konturunu bərpa edir və dəri uzun müddət gənc qalır.
Vektor liftinqinin nəticələri: yeni kollagen və elastin liflərinin yaranması; hialuron turşusunun səviyyəsinin artması və dərinin intensiv şəkildə nəmlənməsi; gözə çarpan liftinq effekti.

Biorevitalizasiya
Biorevitalizasiya proseduru bunlarla mübarizədə ən təhlükəsiz və effektiv metodlardan biridir. Bu prosedur zamanı hialuron turşusu dəriyə yeridilərək nəm balansını bərpa edir, bunun nəticəsində, dəri canlı, təravətli və baxımlı görünür. Preparatın hialuron turşusu sovrulduqdan sonra belə, dəridə sintezi artırılmış hialuron turşusu dərini uzun müddətli nəmləndirmə və qoruma gücünə sahib olur.

Biorevitalizasiyanın nəticələri: səthi qırışlar açılır və dəri parlaq görünür, arıqlama və pəhrizlərdən sonra dərini reabilitasiya edir, intensiv nəmləndirmə dərini baxımlı və təravətli edir, quru və mat dəriyə tonus və canlılıq qazandırır.

Söhbətə başla
Sualınız var?
Salam, Sizə necə kömək edə bilərik?
Powered by