İlk öncə sakit qala bilmək və özünü itirməmək xəstəyə göstəriləcək ən önəmli yardımdır.

Xüsusilə, böyuk tutmalar zamanı xəstənin ağzından gələn köpük və tüpürcəyin xəstənin boğazına gedib nəfəs yolunu tutmaması üçün rahat nəfəs ala biləcəyi bir şəkildə uzatmaq lazımdır.

Tutma zamanı özünü yaralamaması və başının harasa dəyməsinin qarşısını almaq üçün mümükün qədər yumşaq yerə yatırılsa yaxşı olar. Çənədə kilidlənmə olduğu zamanlarda qaşıq, taxta kimi hər hansi bir cisim və ya əllə xəstənin ağzının açıq saxlamağa və ya açmağa cəhd edilməsi doğru davranış deyil. Unutmayın, qorxduğunuz dil qatlanmasından xəstə heç vaxt ölməz! Amma belə müdaxilələr zamanı həm özünüz yaralana bilərsiniz ,həm də xəstənin dişinin qırılmasına, çənə sümüyünün və ağız boşluğunun zədə almasına səbəb ola bilərsiniz. Eyni zamanda xəstə nəfəs almaqda da çətinlik çəkə bilər.

Tutmanın tez qurtarması üçün xəstənin üzərinə su atmaq, nəsə qoxlatmaq, şillə vurmaq da düzgün davranışlardan deyil! Bu tutmalar beyin mənşəli olduğu üçün sizin hər hansı, belə müdaxilənizlə deyil, beyindəki anormal fəaliyyətlər bitincə , tutmalar da sönəcəkdir.

Əksərən tutmalar 1-3 dəqiqə içində keçib gedir. Ancaq 5 dəqiqədən çox davam edərsə xəstə mümkün qədər tez bir zamanda xəstəxanaya çatdırılmalıdır. Tutma keçəndən sonra xəstənin qarşısında diz üstə durun və bir qolunu dirsəkdən bükülü vəziyyətdə döşəməyə uzadın. O biri qolunu ehmalca götürüb çarpaz vəziyyətdə başının altına qoyun. Digər əlinizlə xəstənin ayağını özünüzə tərəf çəkərək yavaşca çevirin, sonra xəstənin ayağını yarıbükülü vəziyyətdə döşəməyə qoyun. Rahat nəfəs ala bilsin deyə xəstənin başını düz vəziyyətə gətirin.

Hər qıcolma epilepsiya deyil. Spazmofiliya, ağır titania, kalsium, fosfor pozğunluqları və s. ilə bağlı ola bilər.

VIP Escorts London
Söhbətə başla
Sualınız var?
Salam, Sizə necə kömək edə bilərik?
Powered by